Azərbaycan torpağında, Qarabağda
müharibə gedir. Bu müharibədə öz Vətənini erməni işğalçılarından
müdafiə etməyə getmiş xalqımızın ən yaxşı oğulları şikəst olur, həlak
olur, itkin düşürlər...
Adı bəlli olmayan adi bir əsgərin qəhrəmanlıq rəmzinə çevrilməsi
filmin əsas süjet xəttini təşkil edir. Filmdə o
adamlardan bəhs olunur ki, müharibə onların taleyini şikəst edib.
Filmdəki hadisələr cəbhə xəttində deyil, Bakıda
hərbi xəstəxanada bir sutka ərzində cərəyan edir. Müəlliflər burada
mənəvi problemlərə toxunmuşlar. Filmin adından da göründüyü kimi,
müəlliflər demək istəmişlər ki, xalq başının üstünü almış bəlalardan
qurtarmaq üçün özündə qüvvə tapacaq, hər cür çətinlikləri dəf edəcəkdir.
Şərh yazmaq üçün Daxil ol ya da Uzv ol .