*Qaraqutu.com işləmir, maraqlı təklif edənə sayt veriləbilər , əlaqə üçün bizə yazın .

Bağlı qapı (1981)

Azərbaycan kinosu

Bal: 3.4 Toplam: 17 votes
Şərhlər (0)
Işıqları söndürün
Siyahınız dolub.

Keçid

Haqqında

Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmin qəhrəmanı möhkəm iradəli, ağıllı bir insandır. O, yaşadığı evin passiv, laqeyd qonşularından fərqlənir. Xeyirxah və namuslu oğlan olan Murad müttəhimlər kürsüsünə öz günahı üzündən əyləşməmişdir. Şərti olaraq vaxtından əvvəl buraxılan gənc başa düşür ki, ehtiyyatsızlıq, ən kiçik bir səhv hərəkət onu yenidən islah əmək koloniyasına qaytara bilər.Murad doğma evinə qayıdır. Həyət sakinləri onun gəlişinə sevinirlər. Lakin adi həyat axarında həyətin sakitliyini hərdənbir qadın fəryadı pozur. Sən demə, ər öz arvadını incidirmiş. Buna artıq hamı öyrəşib. Fəryad isə hər dəfə köməyə çağırır. Bir gün Murad qarşısına qoyulmuş şərti pozub özünü bağlı qapıya atır... Onu milis şöbəsinə çağıranda, həyət sakinlərinin hamısı Muradı müdafiə etməyi qərara alır...Müəlliflər bu filmi əxlaqi mahiyyət daşıyan ibrətamiz, bir növ eyhamlı hekayə adlandırmışlar. Film aktual sosial-mənəvi problemlər qaldırır.Film haqqındaFilm yazıçı Rüstəm İbrahimbəyovun "Yaşıl Qapı Arxasında Qadın" pyesi əsasında ekranlaşdırılmışdır.Festivallar və mükafatlar1)1982-ci ildə Tallində XV Ümumittifaq kinofestivalıMüasir mövzuda ən yaxşı bədii filmə görə filmə Diplom və Mükafat verilmişdir.Filmin heyətiFilmin üzərində işləyənlərSsenari Müəllifi : Rüstəm İbrahimbəyovQuruluşçu Rejissor : Rasim OcaqovQuruluşçu Operator : Rafiq QəmbərovQuruluşçu Rəssam : Fikrət BağırovBəstəkar : Emin SabitoğluSəs Operatoru : Vladimir SavinRejissor : Ramiz ƏliyevRejissor köməkçisi : Səadət MəmmədovaOperator : Nemət RzayevQrim Rəssamı : Elbrus VahidovMontaj edən : Gülşən SəlimovaMahnıların Mətni : Mənsur VəkilovGeyim Rəssamı : Afət MəmmədovaAssistent : Q. SəlimovOperator Assistenti : Aydın MustafayevDirijor : Konstantin KrimetsRedaktor : Nadejda İsmayılovaFilmin Direktoru : Gennadi LapşukRollardaRodion Naxapetov-MuradNəsibə Zeynalova-ZeynəbAleksandr Kalyagin-DaşdəmirovDadaş Kazımov-NuruHacı İsmayılov-ƏliLarisa Xələfova-ŞərqiyyəMəmməd Məmmədov-SalehSvetlana Məmmədova (III)-GülyaVaqif İbrahimoğlu(Vaqif Həsənov kimi)-ƏnvərViktor Dəmirtaş-FəridGülya Salahova-RənaElçin Məmmədov-AydınSadıq Hüseynov-Sahə müvəkkiliNailə Mahmudova-RozaL. AxundovaQalina KomarovaAleksey ZaytsevEldəniz RəsulovKənan MəmmədovV. AğacanovN. ZeynalovXalidə Quliyeva(Xalidə Qasımova kimi)-Qapı arxasındakı qadınİ. MəmmədovÖmür Nağıyev(titrlərdə yoxdur)Janr: DramFilmin digər adı: Bağlı Qapı ArxasındaDil: Rus diliÖlkə: Azərbaycanİstehsalçı qurum: "Azərbaycanfilm" KinostudiyasıFilmin növü: Tammetrajlı Bədii FilmRəng: Rəngli(ağ-qara kadrlarla)Vaxt: 91 dəq.İl: 1981Film çəkilən yerlər: BakıTexniki məlumatlar: 9 hissə2482 metr35 mmhttp://az.wikipedia.org/wiki/Bağlı_qapı_(film,_1981)http://www.imdb.com/title/tt0174112

Bulud (Tags)



Şərhlər

Şərh yazın.

Şərh yazmaq üçün Daxil ol ya da Uzv ol .

Qısa Məlumat: Azərbaycan kinosu
Video: Bağlı qapı (1981)
Bölmə: Bədii film
Baxılıb: 5769
Əlavə edən: qaraqutu