"Ad Günü"ndəki Mustafa(Hacı İsmayılov) nə edir, hansı qayğılarla
yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat
yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə
həm qohumunu(Həsən Məmmədov) görməyə, həm də alverə
gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın
işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz
insani-ləyaqətini qoruyub saxlaya bilir.
Film
adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı
problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri
tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik
kəlamı bir daha xatırlatmaqdır: Həyatda hər kəsin öz ruzisi, öz qisməti
olur. Filmdəki hadisələr əsasən Şəkidə
və İstanbulda cərəyan edir.
SUPER