Kino əsərinin mövzusu insanın daxilən, mənən təmizlənməsi, onun özünə və cəmiyyətə qayıtması haqqındadır. Filmin qəhrəmanı buna bir neçə dəfə yolunu azandan sonra nail olur.Süjetin mərkəzində qələm və kağızı tullayıb siyasətə qoşulan istedadlı yazıçı durur. Lakin bir gün o, başını qaldırıb başa düşür ki, artıq bir sətir belə yaza bilmir.. Yalnız bir sıra mənəvi və əxlaqi təmizlik mərhələlərindən keçəndən və gözəl Zəhraya(Həmidə Ömərova) rast gələndən sonra Zaur(Füzuli Hüseynov) yenidən yaradıcılığa qayıtmağa, alicənab olmağa özündə qüvvə tapır...Filmin heyətiFilm üzərində işləyənlərSsenari Müəllifi : Hafiz FətullayevQuruluşçu Rejissor : Gülbəniz Əzimzadə, Hafiz FətullayevQuruluşçu Operator : Ələkbər MuradovQuruluşçu Rəssam : Mayis AğabəyovBəstəkar : Eldar MansurovSəs Operatoru : Tatyana KərimovaGeyim Rəssamı : Mehriban ƏfəndiyevaMahnı Mətninin Müəllifi : İsmayıl DadaşovRollardaHamlet Qurbanov-Sadıq dayıHəmidə Ömərova-ZəhraFüzuli Hüseynov-ZaurYaşar Nuri-OqtayLeyla Bədirbəyli-Zəhranın xalasıAbbas Qəhrəmanov-RasimAyan Fətullayeva-CəmiləAfaq Möhsünqızı-Odlar gəliniJanr: DramÖlkə: Azərbaycanİstehsalçı qurum: "AMAfilm" KinoşirkətiFilmin növü: Tammetrajlı Bədii FilmRəng: RəngliVaxt: 91 dəq.İl: 1991Texniki məlumatlar: 9 hissə2485 metr35 mmhttp://az.wikipedia.org/wiki/Müqəddəs_oda_yanaram_(film,_1991)
Şərh yazmaq üçün Daxil ol ya da Uzv ol .