*Qaraqutu.com işləmir, maraqlı təklif edənə sayt veriləbilər , əlaqə üçün bizə yazın .

Mavi dənizin sahilində (1936)

Azərbaycan kinosu

Bal: 1.0 Toplam: 1 vote
Şərhlər (0)
Işıqları söndürün
Siyahınız dolub.

Keçid

Haqqında

Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.Film haqqındaFilm həm operator kimi, həm də quraşdırılmış səhnələrin operatoru kimi Mirzə Mustafayevin kinoda ilk işidir.İlk Azərbaycan səsli filmidir. Həmçinin, film ilk səsli Sovet filmidir. Səs rus alimi və ixtiraçısı, mühəndis Pavel Tagerin sistemi üzrə yazılmışdır.Bu film Bernar Eyzenşitsin (fransa) dünya kinosunun bütün dövrlərinin ən yaxşı 12 əsərinin adı çəkilən I siyahısına (kino sənəti kimi tarixi inkişafda) daxil edilib. Eyni zamanda film sıravi tamaşaçı kimi Naum Kleymanın (Rusiya) bütün dövrlərin ən yaxşı 12 əsəri kimi adı çəkilən III siyahısına (sıravi tamaşaçı kimi) daxil edilib.Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilmişdir ("Kinovedçeskiye Zametki", 1995, N27). Belə ki, "Kinovedçeskiye Zametki" (kinoşünasın qeydləri) jurnalı müxtəlif ölkələrin kino tarixçi, tənqidçi, nəzəriyyəçi və kinoşünaslarına bütün dövrlərin ən yaxşı 12 filmini müəyyənləşdirmək üçün müraciət edir. 3 kateqoriya vardı: kinonun incəsənət növü kimi inkişafında rol oynamış 12 film (tarixçi nəzərindən) müasir kino mədəniyyəti üçün aktual və qiymətli 12 film (tənqidçi nəzərindən) şəxsən bəyəndiyiniz 12 film (tamaşaçı nəzərindən). Anket cavablarına kinoşünas Naum Kleymanın (Rusiya) və kino nəzriyyəçisi Bernar Ayzenşits (Fransa) siyahılarında "Mavi Dənizin Sahilində" filminin adı da vardı. (Aylin "Kəndlilər, Köçərilər, Mavi dənizin sahilində", Kino+ qəzeti, 29.09.2006, səh 10).Filmin heyətiFilmin üzərində işləyənlərSsenari Müəllifi : Klimenti MintsQuruluşçu Rejissor : Boris BarnetQuruluşçu Operator : Mixail KirillovQuruluşçu Rəssam : Viktor AdenBəstəkar : Sergey PototskiSəs Operatoru : A. Qornşteynİkinci Rejissor : Səməd Mərdanovİkinci Operator : Mirzə MustafayevRejissor Assistenti : Məmməd Əlili, K. PavlidiOperator Assistenti : S. AntipovQuraşdırılmış Səhnələrin Operatoru : Mirzə MustafayevMusiqi Tərtibatçısı : Səməd MərdanovRollardaYelena Kuzmina-MariyaLev Sverdlin-YusifNikolay Kryuçkov-AlyoşaMirzəağa Əliyevİsmayıl ƏfəndiyevSemyon SvaşenkoLyalya SateyevaAleksandr JukovAndrey DolininSergey KomarovBoris BarnetJanr: Komediyaİlk baxış tarixi: 1 Aprel, 1936, Rusiya20 Aprel, 1936, SSRİDil: Rus diliÖlkə: AzərbaycanRusiyaİstehsalçı qurum: AzərfilmMejrabpomfilmFilmin növü: Tammetrajlı Bədii FilmRəng: Ağ-QaraVaxt: 71 dəq.Film çəkilən yerlər: Sara adası, Xəzər dənizi sahiliTexniki məlumatlar: 8 hissə1955 metrhttp://www.imdb.com/title/tt0028436http://az.wikipedia.org/wiki/Mavi_dənizin_sahilində_(film,_1936)

Bulud (Tags)



Şərhlər

Şərh yazın.

Şərh yazmaq üçün Daxil ol ya da Uzv ol .

Qısa Məlumat: Azərbaycan kinosu
Video: Mavi dənizin sahilində (1936)
Bölmə: Bədii film
Baxılıb: 617
Əlavə edən: qaraqutu