*Qaraqutu.com işləmir, maraqlı təklif edənə sayt veriləbilər , əlaqə üçün bizə yazın .

Park (1984)(azərbaycan dilində)

Azərbaycan kinosu

Bal: 2.5 Toplam: 2 votes
Şərhlər (0)
Işıqları söndürün
Siyahınız dolub.

Keçid

Haqqında

Adi günlərin birində neftçilərin briqadiri Marat (Fəxrəddin Manafov) sahədə olarkən dostu (Mikayıl Kərimov) onun yanına gəlir. Marat onu uşaqlıqdan tanıyırdı. O, xudbin, özünü sevən bir adam idi. Hətta Maratın sevdiyi qızı (Qalina Belyayeva) əlindən alıb onunla evlənmişdir. İndi də buraya elə-belə gəlməmişdi. Dost dissertasiya müdafiə etmək üçün mütləq mədəndə təcrübə işləri aparmalı idi. Guya bu təcrübə neft hasilatını qat-qat artıracaqdır. Lakin təcrübə keçirilən müddətdə cari planı təhlükə altına qoyacaqdı. Dostun vaxtilə ona etdiyi xəyanətə baxmayaraq, Marat təcrübəni keçirməyə icazə verir...

Film sosial və mənəvi problemlərə toxunmaqla yanaşı, gənclərin dünyagörüşündən, onların həyat mövqeyindən danışır. Burada həyata baxışlar, işlər, məhəbbət, dostluq, xarakterlər toqquşur, qorxaqlıqla cəsarət, yalanla həqiqət bir-biri ilə mübarizə aparır. Gənc fəhlə ümumi vacib işin naminə şəxsi maraqdan yüksəkdə durur.

Bulud (Tags)



Şərhlər

Şərh yazın.

Şərh yazmaq üçün Daxil ol ya da Uzv ol .

Qısa Məlumat: Azərbaycan kinosu
Video: Park (1984)(azərbaycan dilində)
Bölmə: Bədii film
Baxılıb: 773
Əlavə edən: qaraqutu