XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə
neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan
var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar
onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O,
tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...
Filmdə
pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin
insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və
mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır.
Şərh yazmaq üçün Daxil ol ya da Uzv ol .