Filmdə
hadisələr XIX əsrin sonu - XX əsrin əvvəllərində baş verir. Zülmkarlara
qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir.
Filmdə
ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz
adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən(Muxtarbəy
Kantemirov), onun
sədaqətli dostlarından söhbət açılır.
Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də,
gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr
də. Ekranda Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli
dağları və vadiləri öz təcəssümünü tapmışdır.
Şərh yazmaq üçün Daxil ol ya da Uzv ol .